MALLARIN DAŞINMASI XİDMƏTİNƏ DAİR ŞƏRTLƏR TOPLUSU

  1. Məlumat üçün nəzərinizə çatdırırıq ki, “RVR GROUP” MMC (“Daşıyıcı”) istehsalçı olmayıb, heç bir satış xidməti təklif etmir.
  2. “Daşıyıcı” heç bir halda Məhsul mağaza tərəfindən yanlış, yararsız və zədələnmiş şəkildə göndərilməsinə və ya göndərilən məhsulun keyfiyyətinə, forma və ölçüsünə, satış anbarında tükənmiş olmasına, o cümlədən satıcı firma tərəfindən “Daşıyıcı”nın ünvanına zamanında çatdırılmamasına görə məsuliyyət daşımır.
  3. Sifariş olunan məhsullar “Daşıyıcı” tərəfindən sığortalanmır, həmçinin “Daşıyıcı” bu məsələyə görə məsuliyyət daşımır.
  4. Sifariş olunmuş məhsulun “Daşıyıcı”dan asılı olmayaraq gecikməsi hallarında (gömrük yoxlamaları, aviareyslərin gecikməsi və s.) “Daşıyıcı” məsuliyyətli deyil və bu vəziyyət sifarişdən imtina üçün səbəb sayıla bilməz
  5. Müştəri Türkiyədən həm "Sifariş et" xidmətimizlə, həm də "Xaricdəki ünvanlarım" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər. Son olaraq, şəxsi hesabınıza daxil olaraq aldığınız məhsula uyğun bəyannamə əlavə etməyiniz mütləqdir.
  6. Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı və şəxsi məlumatları tam və düzgün göstərməlidir.(xaricdəki ünvanlarım bölməsində olduğu kimi) Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya şəxsi məlumatlar səhv və yaxud yalnış doldurularsa və nəticə etibarı ilə bu yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiyi halda RVR GROUP MMC heç bir məsuliyyət daşımır. Problemli bağlamaların araşdırılma müddəti 15 iş günüdür.
  7. Xarici anbarımıza daxil olmuş bağlama xarici anbarımızdan mağazaya iade edilmir.
  8. Sifarişçi ilə olan bütün yazışmalar, həmçinin “Daşıyıcı”nın Çağrı Mərkəzinə daxil olan zənglər arxivləşdirilir və konfidensiallıq “RVR GROUP” MMC tərəfindən qorunur.
  9. RVR MMC qəbul olunmuş sifarişləri növbəli şəkildə (24 saat ərzində) həyata keçirir və sifariş prosesində müəyyən problem yarandıqda (məhsulun tükənməsi, məhsulun ölçüsünün və ya rənginin bitməsi, kampaniyanın sona çatması, ödəmə üsulunda yaranan problem və s.) istifadəçinin məhsula görə ödədiyi məbləğ balansına geri qaytarır.
  10. Bağlamalarınızı kuryerdən təhvil alan zaman yerindəcə saymalı və problem olduqda kuryerə dərhal məlumat verməlisiniz. Əks halda, yaranan problemə görə “Daşıyıcı” məsuliyyət daşımır.
  11. İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da kart hesabına geri tələb edə bilər. Məbləğ istifadəçinin hesabına 7 iş gün ərzində geri qaytarılır.
  12. İstifadəçi sifariş verən zaman Türkiyə daxili karqonun məbləğini tam ödəməlidir. Məbləğ tam ödənilmədiyi halda çatışmayan məbləğ müştərinin cari balansından silinir və ya məhsul təhvil verilən zaman müştəri tərəfindən nəğd şəkildə tamamlanmalıdır. Müştəri “Daşıyıcı”ya olan bütün maddi öhdəliklərini ödəyənədək bağlamasını əldə edə bilməz.
  13. “Daşıyıcı” tərəfindən müştəri üçün sifariş edilən məhsulun məbləğində müəyyən (maksimum 15 TL olduqda) çatışmazlıq olarsa, bu məbləğ müştəriyə məlumat verilmədən cari balansından silinməklə sifariş yerinə yetirilir.
  14. "Sifariş et” xidmətimizdən istifadə zamanı ödənişi təsdiqlənmiş sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.
  15. “Daşıyıcı” istifadəçinin sifariş etdiyi online ünvanın etibarlılığına və ödəmə şərtlərinə görə heç bir məsuliyyət daşımır. Bağlamanın satıcı mağaza tərəfindən göndərildiyi bldirilib, lakin bağlamanı şəxsi kabinetinizdə görə bilmirsinizsə, mağaza ilə birbaşa əlaqə saxlayıb hansı ünvana çatdırıldığı və kimə təhvil verildiyi ilə bağlı tam məlumat əldə etdikdən sonra bizə müraciət edə bilərsiniz.
  16. İstifadəçi məbləği cari balansından “Daşıyıcı”nın əməkdaşlıqda olduğu xarici şirkətin bank hesabına göndərir. Sifariş verilmə prosesinə görə 5% ödəmə (bank) komissiyası qeydə alınmışdır. Sifariş olunan məhsulun ödənişi müəyyən səbəbdən geri qaytarılarsa, 5% ödəmə (bank) komissiyası geri ödənilmir. Ödənişlərin karta geri köçürülməsi 15 iş günü müddətində həyata keçirilir, istisna hallarda banklardan asılı olaraq bu müddət bir neçə gün arta bilər.
  17. Qeydə alınmış sifarişlər eyni anda həyata keçirilir. Buna baxmayaraq məhsulların satıcı firma tərəfindən ayrı-ayrı bağlamalarda göndərilməsi halları da baş verə bilir. Məhsullar satıcı firma tərəfindən bir neçə bağlama şəklində xarici anbarımıza daxil olarsa, hər bir bağlama ayrılıqda hesablanır.
  18. Sifariş edilmiş bağlama daşıyıcının anbarlarına daxil olduqda müştəri email və sms vasitəsilə məlumat alacaq. Müştəri bağlamanı ofisimizdən götürə bilər və ya əlavə xidmət haqqı ödəməklə kuryer xidmətindən istifadə edə bilər.
  19. Sifariş edilmiş məhsulun “Daşıyıcı”nın anbarına daxil olması haqqında sifarişçi məlumatlandırıldıqdan (sms və ya email vasitəsilə) 30 gün müddətində sifariş təhvil götürülməzsə, anbarda saxlanılan hər günə görə sifarişçi 1 AZN (hər bağlamaya görə) məbləğində “Daşıyıcı”ya cərimə ödəməyi öz üzərinə götürür, əks halda yeni sifarişə görə xidmətdən istifadə edə bilməyəcək. 45 gün müddətində isə bağlama təhvil götürülməzsə, növbəti gün aktlaşdırma aparılır və istifadəçinin hesabından silinir. Bu halda məbləğ müştəriyə geri qaytarılmır.
  20. İstifadəçi 1 (bir) təqvim ayı ərzində 300 (üç yüz) ABŞ dollar məbləğinədək sifariş verirsə, gömrük orqanları tərəfindən heç bir rüsuma cəlb edilmir. Bu məbləğ 1 (bir) təqvim ayı müddətində 300 (üz yüz) ABŞ dollarından artıq olduqda və gömrük orqanlarına əsasən kommersiya məqsədi daşıdığı haqda məlumat verildiyi zaman qanunvericiliyə müvafiq olaraq sifarişin ümumi dəyərinin 36%-dək (otuz altı) rüsuma cəlb olunur. Qeyd edək ki, 300 (üç yüz) ABŞ dolları limitinə məhsulun qiyməti və çatdırılma ödənişi daxildir. Həmçinin Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2 ədəddən çox olduqda müvafiq gömrük ödənişləri tətbiq olunur.
  21. İstifadəçinin məhsulu gömrük tərəfindən saxlanıldıqı zaman, gömrük bağlamanıza qaimə hazırlayır. Qaimə hazır olduqda, qaimə gömrük tərəfindən bizə təhvil verilir və biz sizinlə dərhal əlaqə yaradırıq, məlumat veririk. Daha sonra şəxs ofisimizə yaxınlaşaraq daşınma haqqını ödəyərək qaiməni təhvil ala bilər.
  22. Bağlamanın hər hansı bir tərəfinin ölçüsü 40 sm-dən çox olarsa, bağlamanın həm həcm, həm də fiziki çəkisi hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır. Həcmi çəkinin hesablanması üçün:
    ((en(sm) x hündürlük(sm) x uzunluq(sm)) / 6000) x qiymət


ÖLKƏ ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ QADAĞAN OLUNAN MALLAR:
  • Pullar və poçt ödənişi nişanlarının buraxılmasına aid olan avadanlıqlar
  • Bitki və toxumalar
  • Canlı heyvanlar
  • Tezalışan maddələr
  • Dərmanlar
  • Toksikoloji və zəhərli maddələr
  • İnfeksion və bioloji maddələr
  • Kimyəvi reaktivlər, turşular və civə
  • Pornoqrafiya məhsulları
  • Tez xarab olan qida məhsulları
  • Dövlət əhəmiyyətli sənədlər
  • Öz qablaşdırılmasına və ya xüsusiyyətlərinə görə işçilər üçün təhlükə yaradan, digər məhsulların zədələnməsinə, çirklənməsinə səbəb olan göndərişlər
  • Sikkələr, yol çekləri və banknotlar
  • Spirtli içkilər və tütün məhsulları
  • Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar
  • Müxtəlif növ batareyalar, powerbank-lar
  • Tibbi maska