Şəxsi məlumat deyərkən RVR.az müştərilərinin RVR.az-a təqdim etdikləri məlumatlar nəzərdə tutulur.
ŞƏXSİ MƏLUMATLARIN QORUNMA PRİNSİPLƏRİ
Ümumi prinisplər:
RVR.az aşağıda qeyd edilən məqsədlər ilə müştərinin şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:
-Xidmət seçimlərinizi təyin etmək üçün
-İnformasiya, təbliğat, bizim məhsul və xidmətlərimiz və ya yenilənmiş marketinq və reklam materiallarını sizə göndərmək üçün RVR.az-in maraqlarını qorumaq üçün
-Ədalət mühakiməsi üçün
-Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, RVR.az-ın xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün
RVR.az qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.
Təhlükəsizlik prinsipləri:
RVR.az şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsindən məsuliyyət daşıyır.
Siz Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyırsınız. Əgər, Qeydiyyat formasında tələb edilən informasiyalara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər.
RVR.az müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.