SİFARİŞ ET XİDMƏT ŞƏRTLƏRİ

– RVR-GROUP satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Şirkət sifarişçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi Türkiyə şirkətinin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissyası nəzərdə tutulmuşdur.
– Qapıda ödəmə ilə göndərilən sifarişlər qəbul olunmur.
– Sifarişlər 2 formada verilir Normal sifarişlər və Təcili sifarişlər
– Normal sifarişlər ardıcıl növbəli olaraq verilir sifarişin verilmə müddəti sifariş sayından asılı olaraq dəyişə bilər.
Təcili Sifarişlər normal sifariş növbəsindən çıxarılaraq təcili sifariş növbəsinə əlavə olunur ortalama 15-30 dəqiqə ərzində sifariş verilir. Sifarişin verilmə müddəti Təcili sifariş növbəsindən asılı olaraq dəyişə bilər.
– RVR-GROUP heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına məsuliyyət daşımır.
– RVR-GROUP satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
– RVR-GROUP sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər)
– RVR-GROUP sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir. İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin qeyd etməliyik ki, bəzi satıcı firmalar sifarişləri daha sürətlə daşıma şirkətinə çatdırmaq üçün eyni sifarişçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərir.
– İstifadəçilərə sifariş vermədən öncə satıcı firmalar haqqında istifadə rəyləri ilə tanış olmaları (məsələn, www.sikayetvar.com tipli saytlardan) və yaşanacaq problemlər barədə əvvəlcədən məlumatlanmaları tövsiyyə olunur
– Endirim kuponları və ya kampaniyalar ilə bağlı istifadəçi Qeyd hissəsində məlumat verməlidir.Qeyd olmadığı təqdirdə endirimlərin nəzərə alınmama ehtimalı ola bilər.
– İstifadəçi ödəniş edərkən Türkiyədaxili karqo ödənişini etmədiyi halda bu mal təhvil verilərkən onun balansından çıxılacaqdır.
– Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ Türkiyə şirkəti tərəfindən kartına geri qaytarılır.
– Ödəniş xidməti sadəcə TL üzərindən aparılır əlavə bank komissiyalarına görə RVR-GROUP heç bir məsuliyyət daşımır. (Sifariş verməzdən öncə bankınız ilə TL konverstasiya xərcini dəqiqləşdirə bilərsiniz)
– Sifariş olunmuş məhsullun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa 5% komissiya geri qaytarılmır
– Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.
– Sifarişləri səbətə topladıqdan sonra Toplam ödə funksiyası ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər
– Ödənişlərin karta geri qaytarılması 5-15 gün müddətində baş verir, bəzi hallarda isə daha bir neçə gün banklardan asılı olaraq gecikmə ola bilər.
– Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.
– Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.
– RVR-GROUP istifadəçinin sifariş ilə bağlı məlumatlarını yalnız sorğu vasitəsi ilə cavablandırır. RVR-GROUP bütün istifadəçiləri xidmətdən istifadə etməzdən əvvəl daşıma şərtləri ilə tanış olmağa çağırır. Şərtlərlə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.