Sual-cavab

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər üçün rüsumsuz limit otuz təqvim günü ərzində 300 ABŞ dolları təşkil edir. (Kommersiya məqsədi olmadan)
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar


Türkiyə tərəfindən qadağan olunan məhsullar (Maye məhsullar,telefonlar,tərkibində batareya olan avadanlıqlar ) Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika. Radioaktiv maddələr. Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat. Əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar. Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar. Canlı heyvanlar Bitki və toxumlar Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
Türkiyədən həftədə 2 dəfədən az olmayaraq göndərilir. Bakı ofisinə çatan bağlama növbəti gün təhvil verilir.
Siz bizim saytımızda qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Və bundan sonra müvafiq ölkə seçiminzə uyğun saytdan sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edərək sifarişinizi tamamlayırsınız. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırır. Və biz təhvil aldığımız sifarişinizi Azərbaycana gətiririk.
Əgər plastik kartınız yoxdursa və ya kartınızla xarici saytlara ödəmə edə bilmirsinizsə biz sizə kömək edərik. Belə ki, siz bəyəndiyiniz məhsulun linkini saytımızdaki “Sifariş et” bölməsindən bizə göndərirsiniz. Və bizə həmin məhsulun dəyərini online şəkildə ödəyirsiniz. Ödənişiniz həyata keçdikdən sonra tez bir zamanda əməkdaşlarımız sifarişinizi satıcı firmanın saytında sizin adınıza rəsmiləşdirir.
Saytımızda sifariş et bölməsindən linkləri göndərdikdən sonra sifarişlərim bölməsində göndərdiyiniz məhsul üçün ödəniş edə bilərsiniz. Bağlamanızın çatdırılma haqqını ödəmək üçün isə balans bölməsindən istifadə edə bilərsiniz.
Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 4 gün sonra bakıda olur.
Xaricdəki ünvanlarımızı əldə etmək üçün saytımızdan qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail adresinizi və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız əks olunacaq. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 4 gün sonra Bakıda olur.
Satıcı firmaların göndərdiyi məhsulların düzgünlüyünə,orijinallığına və keyfiyyətinə görə RVR.az heç bir halda məhsuliyyət daşımır.Məhsul geri qaytarmaq və dəyişdirmək üçün satıcı firma ilə əlaqə yaradın. Məhsul geri qaytarılması və dəyişdirilməsi satıcı firma ilə sizin aranızda olur və RVR.az belə hallarda heç bir məhsuliyyət daşımır.
Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 0.6 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*, hündürlük*, uzunluq*, 6000 standartı tətbiq edilir. Bağlamalar birləşdirilmir və hər biri öz çəkisinə görə hesablanır.
Ofisimiz Xocalı prospekti 14 ünvanında yerləşir. Xətai metrosunun yaxınlığında
Bazar günləri istisna olmaqla həftə içi hər gün 10:00-dan 20:00-dək xidmətinizdəyik.